Fransada pensiya islahatına qarşı etirazlar davam edir

A- A A+

Fransada pensiya islahatı əleyhinə ümummilli etiraz nümayişləri davam edir.

NUHÇIXAN xəbər verir ki, həmkarlar ittifaqlarının çağırışı ilə bu gün fransızlar 14-cü etiraz nümayişinə çıxacaqlar. Ölkənin 250 şəhər və qəsəbəsində etirazçıların küçələrə axışacağı gözlənilir. Hökumət Parisdə 600 minədək, digər şəhərlərdə isə 70 minə qədər nümayişçi olacağını ehtimal edir. Paytaxtda nümayişçilər yerli vaxtla saat 14:00-də “İnvalides” muzeyinin qarşısından “Place d'Italie” meydanına doğru irəliləyəcək.

Etiraz aksiyaları bir çox sektorlarda, xüsusilə də nəqliyyat sektorunda böyük problemlər yaradıb. Parisdə bütün ictimai nəqliyyat vasitələri iflic vəziyyətindədir. Həmçinin Orly və Charles–de–Gaulles, eləcə də Lion, Marsel, Nitsa, Tuluza, Bordo və Nant kimi şəhərlərdə hava limanlarının dispetçerləri tətil etdiyi üçün bir çox uçuşlar ləğv olunub.

Fransanın daxili işlər naziri J.Darmanən 4 mini Parisdə olmaqla, 11 min polis və jandarmın təhlükəsizliyi təmin etmək məqsədilə səfərbər olunduğunu bildirib.

Ölkədə siyasi mübarizə aylardır davam edir. İslahatın tətbiqi, eləcə də pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılması ilə bağlı iki fərman artıq rəsmi jurnalda dərc edilib. Milli Assambleya iyunun 8-də qanun layihəsinin bəzi bəndlərinin ləğv edilməsinə dair Liot qrupunun təklifini müzakirəyə çıxaracaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: