Ermənistanda yeni atom enerji blokunun tikintisi üçün İşçi Qrup yaradılıb

A- A A+

Ermənistanda yeni atom enerji blokunun tikintisi üçün İdarələrarası İşçi Qrupun yaradılması barədə Baş nazir Nikol Paşinyan qərar imzalayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin elektron portalında məlumat verilib.

Qeyd olunub ki, Baş nazirin qərarı ilə İşçi Qrupunun tərkibi də təsdiq edilib.

“Yeni AES qurğusunun tikintisinin, kiçik modul reaktorların yerləşdirilməsinin məqsədəuyğunluğu ilə bağlı məsələlərin müzakirəsi, o cümlədən zəruri texnologiyaların seçilməsi və gələcək addımların ardıcıllığının müəyyən edilməsi, təhlillərin aparılması üçün İdarələrarası İşçi Qrupu yaradılsın və onun tərkibi təsdiq edilsin”, - qərarda deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: