İsveç Vilnüs sammitinədək NATO-ya üzv olacağına ümid edir

A- A A+

İsveç hökuməti Şimali Atlantika Alyansının iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitinədək NATO-nun tamhüquqlu üzvü olacağına ümid edir.

NUHÇIXAN xəbər verir ki, İsveçin müdafiə naziri Pol Yunson bunu Tokioda keçirilən mətbuat konfransında deyib.

“NATO-ya mümkün qədər tez bir zamanda tamhüquqlu üzvlük İsveç hökumətinin ən ali prioritetidir. Biz Vilnüsdə keçiriləcək sammitə qədər alyansa daxil olacağımıza ümid edirik. Eyni zamanda Türkiyə tərəfdən buna yalnız Ankaranın, Macarıstan tərəfdən isə yalnız Budapeştin qərar vermə haqqına hörmətlə yanaşırıq”, - deyə nazir bildirib.

2022-ci ilin iyul ayında Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı müraciət edib. Türkiyə alyansın üzvü kimi sənədi ratifikasiya etmək üçün bir neçə şərt irəli sürüb. Bu şərtlər arasında kürd separatçılarının terror təşkilatı kimi tanınması, terrorda ittiham olunan şəxslərin Türkiyəyə ekstradisiyası və Ankaraya silah tədarükünə qoyulan qadağanın aradan qaldırılması yer alıb. Finlandiya 2023-cü il aprelin 4-də NATO-ya üzv olub. İsveçin NATO-ya üzvlüyünə isə Türkiyə və Macarıstan razılıq verməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: