İsveç PKK tərəfdarını Türkiyəyə ekstradisiya edir

A- A A+

İsveç Ali Məhkəməsi PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına qərar verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti yazıb.

“Ali Məhkəmə PKK tərəfdarının ilk ekstradisiyasını təsdiqləyib”, - nəşr yazıb.

Məhkəmədən sonra İsveç hökuməti ekstradisiya ilə bağlı qərar verməlidir.

Söhbət 2022-ci ilin avqustunda İsveçdə həbs edilən 35 yaşlı kişidən gedir. Həbs Türkiyənin Adana Baş Prokurorluğunun müraciəti əsasında həyata keçirilib.

“Aftonbladet” İsveç Ali Məhkəməsinin qərarının NATO-nun Vilnüs sammitindən bir müddət əvvəl verildiyinə diqqət çəkib. Sammit iyulun 11-12-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: