Aleksandar Vuçiç: "Serbiya regionun sabitliyinin qorunmasında konstruktiv və etibarlı tərəfdaş olub"

A- A A+

Serbiya ilk gündən etibarən bütün regionun sabitliyinin qorunması proseslərində konstruktiv, davamlı və etibarlı tərəfdaş olub.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa İttifaqının Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak və ABŞ-ın Qərbi Balkan region üzrə xüsusi nümayəndəsi Qabriel Eskobar ilə görüşdə deyib.

A.Vuçiç bildirib ki, Kosovonun üzərinə düşən vəzifələri yerinə yetirməsinin və Serbiya Bələdiyyələr Birliyinin yaradılmasının zəruriliyini qeyd edib. O, beynəlxalq ictimaiyyəti rəsmi Priştinanın münasibətlərin normallaşdırılması ilə bağlı qəbul etdiyi qərarları və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə təsir göstərməyə çağırıb.

Xatırladaq ki, aprelin 23-də Kosovonun şimalındakı Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində keçirilən yerli seçkilərdə alban merlərin qalib gəlməsi bu bölgədə yaşayan kosovolu serblərin etirazına səbəb olub. Mayın 26-da bölgədə nümayişlər başlayıb, etirazçılar ilə Kosovo polisi və NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri (KFOR) arasında qarşıdurmalar olub, nəticədə KFOR bölgədəki şəxsi heyətinin sayını artırıb.

Kosovo serbləri tələbləri yerinə yetirilənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: