Britaniya Kaxovka SES-də baş verənlər barədə məlumat toplayır

A- A A+

Böyük Britaniya Kaxovka su elektrik stansiyasında bəndin dağılmasına nəyin səbəb olduğunu bilmir, lakin hadisənin başvermə səbəblərini araşdırır.

NUHÇIXAN xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu barədə Vaşinqton səfərindən öncə deyib.

“Hazırda kəşfiyyat xidmətimiz və hərbçilərimiz bəndin dağılmasının səbəblərini öyrənir. Hələlik hər hansı bir nəticə çıxarmaq və yekun fikir söyləmək tezdir”, - “Sky News” telekanalı Rişi Sunak bu sözlərini iqtibas gətirib.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi Vaşinqtonun Kaxovka su elektrik stansiyasında dağıntı ilə bağlı məlumatları analiz etdiyini, lakin baş verənlərlə bağlı qəti fikir yürütmək üçün yetərincə informasiyaya malik olmadıqlarını bildirib.

Xatırladaq ki, iyunun 6-da gecə saatlarında Kaxovka su elektrik stansiyasındakı bənd partladılıb. Bölgədə yerləşən 80 yaşayış məntəqəsi daşqının təsirinə məruz qalıb. Suyun daşqın zonasından 72 saat ərzində çəkiləcəyi gözlənilir.

Kiyev bəndin rusiyalı hərbçilər tərəfindən partladıldığını bildirir, rəsmi Moskva isə hadisədə Ukraynanı günahlandırır. Digər bir versiyaya görə, bənd əvvəlki zədələr və su səviyyəsinin qalxması nəticəsində dağılıb.

XX əsrin 50-ci illərində inşa olunan bənd Kaxovka SES-də elektrik istehsalını təmin etmək, cənub rayonlarının su təminatını həyata keçirmək və Xersondan Zaparojye şəhərinə qədər naviqasiya əlaqəsi yaratmaq üçün Dnepr çayının axınını tənzimləyir. Krım yarımadasını içməli su ilə təmin edən kanal da öz mənbəyini bu bənddən götürür. Hazırda SES elektrik istehsal edə bilmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: