Bu il dünya ÜDM-in 2,7 faiz artacağı proqnozlaşdırılır

A- A A+

2023-cü ildə dünyada ümumdaxili məhsulun (ÜDM) 2,7 faiz, 2024-cü ildə isə 2,9 faiz artacağını proqnozlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında deyilir.

“Qlobal iqtisadiyyat bərpa olunmağa başlasa da, proses kövrək olaraq qalır. Aşağı enerji qiymətləri inflyasiyaya təzyiqi azaltmağa kömək edir. İşgüzar və istehlakçı əhvali-ruhiyyəsi yüksəlir, Çin iqtisadiyyatının gözləniləndən tez açılması isə dünyadakı aktivliyə təkan verir”, - deyə sənəddə bildirilir.

Təşkilatın proqnozuna görə, ABŞ-da ümumdaxili məhsulun həcmi 2022-ci ildə qeydə alınan 2,1 faizlik artımdan sonra, bu il 1,6 faizə, 2024-cü ildə isə 1 faizə qədər zəifləyəcək.

Avropa İttifaqının iqtisadiyyatı 2023-cü ildə 0,9 faiz, gələn il 1,5 faiz artacaq. Ötən il bu göstərici 3,5 faiz təşkil edib.

Ekspertlər bu il Çində təxminən 5,4 faizlik, 2024-cü ildə 5,1 faizlik ÜDM artımı proqnozlaşdırır. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Pekin 3 faizlik iqtisadi yüksəlişə nail olub. Həmçinin yaxın iki ildə Hindistanda iqtisadi inkişafın müvafiq olaraq 6 və 7 faiz, İndoneziyada isə 4,7 və 5,1 faiz olacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: