Əfqanıstanda məsciddə cənazə namazı zamanı terror aktı törədilib

A- A A+

Əfqanıstanın Bədəxşan əyalətində terror aktı törədilib.

NUHÇIXAN "TOLO News"a istinadən xəbər verir ki, Bədəxşan əyalətinin Feyzabad şəhərindəki məsciddə partlayış baş verib.

Partlayış əyalət qubernatorunun müavininin cənazə namazında baş verib. O, özü də iyunun 6-da terror aktı nəticəsində həlak olub. Qubernatorun müavininə qarşı terror aktı ilə bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.

İyunun 8-də məsciddə baş vermiş partlayış nəticəsində ölənlər barədə təsdiqlənməmiş məlumatlar var.

Hadisəyə görə, məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: