Rasmussen: NATO-nun bir neçə ölkəsi Ukraynaya qoşun yeridə bilər

A- A A+

NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen (2009-2014) alyansın bir neçə ölkəsinin Ukraynaya ordu yeridə biləcəyini güman edir.

NUHÇIXAN “The Guardian” qəzetinə istinadla xəbər verir ki, Rasmussenin fikrincə, əgər Kiyev NATO-nun iyul ayında Vilnüsdə keçiriləcək sammitində təhlükəsizlik zəmanəti ilə bağlı ciddi irəliləyişə nail olmasa, Polşa və Baltikyanı ölkələr öz qüvvələrini Ukraynaya yerləşdirə bilər.

Qeyd edək ki, Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq iyunun 6-da “Buxarest doqquzluğunun” Bratislava şəhərində keçirilən sammitində NATO-ya üzv ölkələrin yüksək səviyyəli gələcək görüşündə Ukraynaya yardımın aktivləşdirilməsi barədə razılıq əldə olunacağını bildirib.

O, həmçinin iyunun 7-də Vaşinqtonda yerləşən CNAS mərkəzində çıxışı zamanı vurğulayıb ki, hazırda prioritet məsələ Ukraynanın NATO-ya üzvlüyü deyil, onun Rusiya ilə müharibədə qələbə qazanmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: