Britaniya Belarusa qarşı sanksiyaları genişləndirib

A- A A+

Böyük Britaniya Belarusa qarşı sanksiyaları genişləndirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, krallıq Rusiyanın Ukraynada apardığı müharibədə Moskvaya dəstək verib yardım etdiyinə görə Minskə yeni sanksiya tətbiq edib. Bununla da Belarusdan qızıl, ağac və sement ixracatına qadağa qoyulub.

Xatırladaq ki, Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə dəstək verdiyinə görə Belarusa ötən il sanksiya tətbiq edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: