Ukrayna Prezidenti: Donetsk vilayətində şiddətli döyüşlər gedir

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Donetsk vilayətində qızğın döyüşlərin getdiyini və onun hərbi komandanlıqla daim əlaqədə olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə dövlət başçısı axşam videomüraciətində deyib.

“Donetsk vilayəti – şiddətli döyüşlər gedir. Lakin nəticə var və mən bu nəticəni təmin edən hər kəsə minnətdaram! Baxmut – afərin. Addımbaaddım. Hər bir döyüşçümüzə təşəkkürümü bildirirəm”, - ölkə lideri vurğulayıb.

Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti sosial şəbəkədə Quru Qoşunlarının komandanı general-polkovnik Oleksandr Sırski, “Tavriya” operativ-strateji qoşun qruplaşmasının komandiri Oleksandr Tarnavski və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının əməliyyat idarəsi qərargahının rəisi Oleksandr Komarenko ilə “vacib görüş” barədə yazıb. Ölkə başçısı görüşün təfərrüatlarını paylaşmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: