Pentaqon Ukrayna üçün 2 milyard dollarlıq yeni yardım paketi hazırlayır

A- A A+

Pentaqon bu gün Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün sursatların da daxil olduğu 2 milyard dollarlıq yeni hərbi yardım paketini elan etmək niyyətindədir.

NUHÇIXAN xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Ukraynanın təhlükəsizliyinə yardım məqsədi daşıyan həmin vəsait paketə buraxılış qurğuları, həmçinin “Hawk” zenit kompleksi və “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına yönəldiləcək.

Aprelin sonlarına olan məlumata görə, Birləşmiş Ştatların Ukraynaya hərbi yardımlarının ümumi həcmi artıq 36 milyard dolları ötüb. Bəzi amerikalı ekspertlər hesab edirlər ki, bu, ABŞ Silahlı Qüvvələrinin silah ehtiyatını tükəndirə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: