Ukraynanın Xerson vilayətində Kaxovka SES-in bəndinin partladılması nəticəsində azı 5 nəfər ölüb, 13 nəfər itkin düşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.
Onun sözlərinə görə, Xersonda 48 yaşayış məskənini faktiki olaraq su basıb, onlardan 34-ü - 3625 ev Ukraynanın nəzarəti, 14-ü isə müvəqqəti işğal altındadır.