Kolumbiyada mayın 1-də 7 nəfərlə birlikdə yoxa çıxan və mayın 17-də qalıqları tapılan kiçik təyyarədəki 4 uşağın sağ tapıldığı rəsmən təsdiqlənib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro öz tviter hesabında paylaşım edib.
O, paylaşımda yazır: “Bütün ölkə üçün böyük sevinc! 40 gün əvvəl Kolumbiyanın cəngəlliklərində itən 4 uşaq sağ-salamat tapılıb”.
Həftələrlə uşaqlar üçün dayanmadan axtarış aparan hərbçilər bu xəbəri "Möcüzə" olaraq açıqlayıb.
Sağ qalanlar arasında 11 aylıq körpə də var.