Tokio aeroportunda 2 təyyarə toqquşub

A- A A+

Yaponiyanın paytaxtı Tokionun Haneda beynəlxalq hava limanında 2 təyyarə toqquşub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Yaponiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qəzanın təyyarələrin uçuş zolağına doğru hərəkət zamanı baş verdiyi bildirilir. Hadisə nəticəsində xəsarət alanlar və maddi zərər barədə hələ məlumat yoxdur.

Qəza hava limanında bəzi uçuşların gecikməsinə səbəb olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: