İraqın şimalında həyata keçirilən “Pençe Kilit” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi şəhid olub.
NUHIXAN xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya tviter hesabında yazıb.
O, qeyd edib ki, əməliyyat çərçivəsində çavuş Cem Ahmet Kaya və Halil Şahin şəhid olublar.
Nazir hərbçilərə rəhmət diləyib, ailələrinə, Türkiyə ordusuna və xalqına başsağlığı verib.