Bu gündən Almaniyada NATO-nun təşkil etdiyi “Air Defender” adlı genişmiqyaslı hərbi hava təlimlərinə başlanılacaq.
NUHÇIXAN Almaniya Bundesverinin saytına istinadla xəbər verir ki, təlimlərdə 25 ölkədən 10 min hərbçi, 250 təyyarə iştirak edəcək. Həmin təyyarələrin 100-ü ABŞ-dan göndərilib və Avropada yerləşdiriləcək.