Xersonda suyun səviyyəsi yarım metr azalıb

A- A A+

Xerson vilayətində Kaxovka su elektrik stansiyasının (SES) partladılmasından sonra ərazidə suyun səviyyəsi yarım metr aşağı düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, hazırda su çəkilməkdə davam edir: “Suyun səviyyəsi daha 64 santimetr azalıb və artıq 3 metr 29 santimetrə çatıb”.

A.Prokudin qeyd edib ki, hadisə nəticəsində ümumilikdə 46 yaşayış məntəqəsi su altında qalıb: “2743 nəfər suyun altından çıxarılıb. Onlardan 228-i uşaqdır. Təkcə Xersondan 2318 vətəndaş təxliyə edilib”.

Qeyd edək ki, iyunun 6-da Kaxovka su elektrik stansiyası vurulub və nəticədə Xerson su altında qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: