Bu ilin ilk beş ayında Çin avtomobil ixracını 81,5 faiz artırıb

A- A A+

2023-cü ilin yanvar-may aylarında Çində istehsal olunan avtomobillərin ixracı 1,75 milyon ədəd təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 81,5 faiz çoxdur.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat Çinin Avtomobil sənayesi assosiasiyasının məruzəsində əksini tapıb.

Xarici bazarlara ən çox minik avtomobilləri çıxarılıb. Həmin dövr ərzində müvafiq göstərici 96,6 faiz artımla 1,46 milyon ədədi ötüb. Kommersiya avtomobillərinin ixracı isə 291 min ədədə (30,9 faiz artım) çatıb.

2023-cü ilin yanvar-may aylarında ÇXR xarici ölkələrə alternativ enerji - elektrik və hibrid mühərrikli, həmçinin hidrogen yanacaq elementləri ilə çalışan 457 min avtomobil tədarük edib ki, bu da öncəki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

2022-ci ildə Çində avtomobil satışlarının ümumi həcmi 26,86 milyon ədəd təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: