Aİ Ukraynadakı müharibənin bir neçə il davam edəcəyinə hazırlaşır

A- A A+

Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibənin bir neçə il davam edəcəyinə hazırlaşır.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropanın daxili bazar üzrə komissarı Teri Breton deyib.

O bildirib ki, artıq bu ssenariyə hazırlıq görülür: “Avropada yüksək intensivliyi olan müharibələr bundan əvvəl də uzun illər davam edib”.

T.Bretonun sözlərinə görə, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanları hələ tükənməyib. "Əlbəttə, başqa sanksiyalar da mümkündür, lakin heç kim Ukraynanın sanksiyalar sayəsində qalib gələcəyini deməyib. Əgər Ukrayna nə vaxtsa qalib gəlsə, bu, hərbi yolla olacaq. Ukraynanın qalib gəlməsi, işğal altındakı torpaqlarını azad etməsi üçün Avropa İttifaqı və digər müttəfiqlər lazım olan hər şeyi edirlər”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: