İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni vəfat edib

A- A A+

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni 86 yaşında vəfat edib.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumatlara əsasən, sabiq Baş nazir Milanda müalicə olunduğu San Raffaele hospitalında vəfat edib. O, aprel ayında ağciyər iltihabı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

İtaliyanın ən varlı şəxslərindən olan Silvio Berluskoni ilk dəfə 1994-cü ildə Baş nazir seçilib. O, 2011-ci ilə qədər olan müddətdə İtaliyanın dörd hökumətinə rəhbərlik edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: