"İran uranın zənginləşdirilməsini 90 faizə çatdırarsa, İsrail cavab zərbəsi endirəcək".
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin adı açıqlanmayan rəsmisi deyib.
Onun sözlərinə görə, İran uranı 90 faizlik səviyyəyə qədər zənginləşdirməyə nail olsa, İsrailin zərbəsi ilə üzləşəcəyini bilir.
İsrail rəsmisi İranın zənginləşdirilən uran ehtiyatlarının hazırda 2015-ci ildə müəyyən edilmiş limitdən 23 dəfə çox olduğunu xatırladıb.