Ruslar döyüşdən qaçan hərbçilərini güllələyiblər - VİDEO

A- A A+

Ruslar mövqelərindən geri çəkilən döyüş yoldaşlarını güllələyiblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Teleqram” kanallarında video paylaşılıb.

Ukraynaya məxsus pilotsuz uçuş aparatı tərəfindən lentə alınan kadrlarda 7 rusiyalı hərbçinin mövqelərini tərk edərək meşəlik sahəyə doğru qaçdığı görünür. Məlumata görə, həmin hərbçilərin 6-sı silahsız olub.

Videonun davamında meşəlik ərazidən çıxan 3 silahlı rus əsgərinin öz döyüş yoldaşlarını güllələməyə başladığı görünür.

Qeyd edək ki, sözügedən hadisənin hansı tarixdə və ərazidə baş verdiyi məlum deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: