Türkiyə ordusu Suriyanın şimalında daha beş terrorçunu məhv edib

A- A A+

Türkiyə ordusu Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatı zonasında beş YPG (PKK qruplaşmasının Suriya qanadı) terrorçusunu məhv edib və bununla da son bir sutkada öldürülən silahlıların ümumi sayı 12 nəfərə çatıb.

NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat “Cibrin” hərbi bazası və “Öncüpınar” polis postunun atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Türkiyə ordusunun fəaliyyəti özünümüdafiə hüququna əsaslanır və əməliyyatlar hazırda da davam edir.

Qeyd edək ki, iyunun 11-də Suriyanın şimalında YPG terror təşkilatının rəhbər vəzifələr tutan iki üzvü də daxil olmaqla yeddi terrorçu öldürülmüşdü.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: