Rusiya Krivoy-Roq şəhərinə hücum edib, 3 nəfər ölüb, 25 nəfər yaralanıb

A- A A+

Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın Krivoy-Roq şəhərini atəşə tutub.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

O bildirib ki, beşmərtəbəli binaya hücum nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb. Xəsarət alanlardan 19-u xəstəxanadadır. 7 nəfər dağıntılar altında qalıb.

S.Lısakın sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri 3 qanadlı raketi məhv edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: