Ukrayna pilotları bu yay “F-16”ları idarə etmək üçün təlimlərə başlaya bilərlər

A- A A+

“Ukraynalı pilotlar bu yay ABŞ istehsalı olan F-16 qırıcılarını idarə etmək üçün təlimlərə başlaya bilərlər. Bu, Ukraynanı Rusiya ilə müharibədə güclü və uzunmüddətli potensialla təmin etmək yolunda ilk addım olacaq”.

NUHÇIXAN “Reuters”ə istinadən xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib.

Onun sözlərinə görə, məqsəd təlim proqramının altı ay ərzində tam bitirməkdir: “Uçuş simulyatorlarının olduğu Danimarka proqram üçün mümkün yerdir. Belçika və Lüksemburq ABŞ-ın dəstəklədiyi təlim proqramında iştirak edəcək, Fransa və Böyük Britaniya isə kömək təklif edib.

Müharibə bitdikdən sonra Ukrayna Rusiyanın yenidən hücuma cəhd etməməsi üçün özünü müdafiə edə bilməlidir. Düşünürəm ki, ukraynalılar da bunu görürlər. Bu çox güclü silah sistemidir. Bu, çox güclü potensialdır. Lakin o, tezliklə əlçatan olmayacaq və prezident Volodimir Zelenski, əlbəttə ki, bundan xəbərdardır”.

Nəşrin mənbələri bildiriblər ki, təlim artıq sovet “MiQ”lərini idarə etmək təcrübəsi olan 12 ukraynalı pilotdan ibarət iki qrupla başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: