Fransada 3 min adda dərman çatışmazlığı qeydə alınıb

A- A A+

Emmanuel Makron prezident vəzifəsinə gələndən çoxsaylı vədlər verilsə də, nəticələr çox cüzidir.

NUHÇIXAN xəbər verir ki, bu fikri dərman siyasətində şəffaflıq observatoriyasının həmtəsisçisi Polin Londe söyləyib. Onun sözlərinə görə, E. Makron zavodlara səfər etməsinə, çox danışmasına baxmayaraq, ehtiyaclarla bağlı heç bir tədbir görməyib. Ölkədə dərman çatışmazlığı kritik vəziyyətdədir. 2017-ci ildə Emmanuel Makron ilk dəfə prezident seçiləndə 538 adda dərman çatışmazlığı ilə bağlı xəbərdarlıq var idi, ancaq indi bu siyahı artaraq 3000-dən çox olub.

Dərman istehsalına yenidən başlamağın vacibliyini qeyd edən P. Londe deyib: “Ukraynada müharibə başlayandan dövlətə xəbərdarlıq edilib ki, Çin və Hindistan daha aktiv əczaçılıq inqridientlərini ixrac etməyi dayandırsa, Fransa böyük problemlə üzləşəcək. Ölkə dərman istehsal etməyə hazır deyil. Son altı il ərzində zavodlara səfərlər heç bir nəticə verməyib və dövlət tərəfindən konkret tədbirlər görülməyib”.

Bu gün Ardeşdə səfərdə olan Prezident Emmanuel Makron 50 adda dərmanın yenidən ölkədə istehsalına başlanılacağını vəd edib. Bildirib ki, bunlardan 25-nin istehsalı yaxın həftələrdə başlayacaq.

Milli Assambleyanın səhiyyə komitəsinin hesabatına görə, dərman üçün istifadə olunan əsas aktiv maddələrin 70 faizi xaricdən, əsasən Çindən alınır. “Əsas terapevtik dərmanlar” adlandırılan həyati əhəmiyyətli dərmanlar üçün aktiv maddələrin isə yalnız 6 faizi Fransada istehsal edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: