“Abrams” tanklarını idarə etmək üçün ukraynalı hərbçilərə keçirilən təlim yayın sonunda başa çatacaq

A- A A+

Təxminən 200-dək ukraynalı hərbçi amerikanların rəhbərliyi altında “M1A1 Abrams” tanklarının istismarı üzrə təlimləri yayın sonunadək başa vuracaq.

NUHÇIXAN “CBS News”a istinadla xəbər verir ki, hazırda ukraynalı hərbçilər 12 həftəlik təlim proqramının üçüncü həftəsindədirlər. Təlimlər Almaniyada xüsusi təchiz olunmuş tanklarda keçirilir, çünki Kiyevə vəd edilmiş 31 ədəd “Abrams” təmirdədir. Proqramın başa çatması Ukraynaya müvafiq tankların çatdırılması ilə eyni vaxta təsadüf edəcək.

Qeyd edək ki, 2022-ci ilin fevralından ABŞ-da 11 mindən çox ukraynalı hərbçi müxtəlif platformalar üzrə təlim keçib. Hazırda Ukrayna Silahlı Qüvvələrinin 6 min hərbçisi ölkədən kənarda 40 məntəqədə təlimlərdədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: