ABŞ Baş prokuroru Merrik Qarland sabiq prezident Donald Trampın məxfi sənədlərlə yanlış rəftar etməsi ilə bağlı istintaqın siyasiləşdirilməsinə dair ittihamları rədd edib.
NUHÇIXAN ABŞ mediasına istinadla xəbər verir ki, Merrik Qarlandın sözlərinə görə, ötən gün xüsusi prokuror Cek Smitin Trampa qarşı cinayət ittihamı irəli sürməsi ilə başa çatan istintaq müstəqil və qərəzsiz aparılıb. Bu işlə bağlı hər hansı suallara cavabı Smit və onun tabeliyində olanların məhkəməyə təqdim etdiyi sənədlərdə axtarmaq lazımdır.