ABŞ-da güclü tornado nəticəsində 3 nəfər ölüb, 100-ə yaxın yaralı var

A- A A+

ABŞ-ın Texas ştatının Perriton şəhərində baş verən tornado nəticəsində 3 nəfər ölüb, 100-ə yaxın şəxs yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Perritonda treyler evləri və telekommunikasiya qüllələri də dağılıb. Bundan əlavə, elektrik enerjisində fasilələr var.

Bununla bağlı yerli xəstəxananın nümayəndəsi telekanala bildirib ki, müəssisə elektrik generatorlarının köməyi ilə işləməyə məcbur olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: