Ermənistanda vəkillər və hüquq müdafiəçiləri Avropa İttifaqının İrəvandakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçiriblər.
NUHÇIXAN-ın məlumatına görə, onlar peşə vəzifələrini yerinə yetirərkən zorakılığa məruz qaldıqlarını bildiriblər.
Buna etiraz olaraq hazırlanan və yüzlərlə şəxsin imzaladığı müraciət Aİ-nin nümayəndəliyinə təqdim olunub.
Qeyd edək ki, iyunun 12-də polislər vəzifə səlahiyyətlərini icra edən vəkili döyüblər.