NATO-nun sülhməramlı missiyası Serbiya və Kosovonu gərginliyi azaltmağa çağırıb

A- A A+

NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri (KFOR) Serbiya və Kosovonu gərginliyi dərhal azaltmağa və birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb.

NUHÇIXAN xəbər verir ki, KFOR-un açıqlamasında ötən gün Kosovo polisinin üç əməkdaşının Serbiya polisi tərəfindən saxlanıldığı zaman KFOR missiyasının bölgədə olmadığı bildirilib. Qeyd olunub ki, hadisədən sonra KFOR dərhal bölgəyə bir qrup göndərib, Kosovo qurumlarının nümayəndələri və Serbiya səlahiyyətliləri ilə əlaqə saxlanılıb. KFOR, həmçinin Avropa İttifaqının Qanunun Aliliyi Missiyası (EULEX) ilə müntəzəm əlaqədədir.

KFOR hər iki tərəfi gərginliyi dərhal azaltmağa və gərginliyin daha da artmasına səbəb olacaq birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb. Vurğulanıb ki, KFOR Kosovoda bütün icmalar üçün təhlükəsiz mühitin və hərəkət azadlığının təmin edilməsi üzrə mandatını tam şəkildə həyata keçirməyə, Belqrad və Priştina arasında münasibətlərin normallaşdırılması üzrə Avropa İttifaqının vasitəçilik etdiyi dialoqu inkişaf etdirmək üçün lazımi təhlükəsizlik çərçivəsini təmin etməyə davam edir.

Bundan başqa, ABŞ Dövlət Departamenti də tərəfləri iki ölkə arasındakı gərginliyi azaltmaq üçün təcili addımlar atmağa çağırıb.

Qeyd edək ki, Kosovo polisi iyunun 13-də KFOR-a və Kosovo polisinə qarşı hücumların təşkilatçılarından biri olduğunu əsas gətirərək serb Milun Milenkoviçi saxlayıb. İyunun 14-də isə Serbiya polisi iki ölkənin sərhədində Kosovo polisinin üç əməkdaşını Serbiyada aksiya planlaşdırdıqları şübhəsi ilə həbs edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: