Ermənistanın sabiq təhsil naziri həbs olunub

A- A A+

Ermənistanın antikorrupsiya məhkəməsi respublikanın sabiq təhsil naziri (2012-2016), tibb xidməti polkovniki Armen Aşotyanın iki ay müddətinə həbs olunmasını qərara alıb.

NUHÇIXAN xəbər verir ki, məhkəmənin bu gün elan etdiyi qərar barədə jurnalistlərə sabiq nazirin vəkili Tiqran Atanesyan məlumat verib. Vəkilin sözlərinə görə, Nikol Paşinyanın istəyi olan qərar gözlənilən idi.

Armen Aşotyan qəyyumlar şurasının rəhbəri olduğu Yerevan Tibb Universitetində xüsusilə böyük miqdarda mənimsəmə cinayətində ittiham edilir. Cinayət işini siyasi motivlərlə əlaqələndirən Aşotyan sabiq prezident Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan respublika partiyasında sədr müavinidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: