Yens Stoltenberq: "Ukrayna müharibə başa çatmadan NATO-ya qəbul edilməyəcək"

A- A A+

Müharibə başa çatmadan Ukraynanın NATO-ya qəbulu mümkün deyil, alyansa üzv ölkələr və Kiyev bunu başa düşür.

NUHÇIXAN xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu barədə alyans ölkələrinin müdafiə nazirlərinin Brüssel görüşündən sonra France 5 telekanalına müsahibəsində deyib.

“NATO ölkələrinin hamısı Ukraynanın alyansa üzv olmasına razıdır, lakin onlardan heç biri, hətta Kiyevin özü də müharibə vaxtı bunun ediləcəyini gözləmir”, - deyə NATO-nun Baş katibi bildirib.

O, həmçinin alyans üzvlərinin Vilnüsdəki sammitdə müzakirə etməyə hazırlaşdığı Ukrayna üçün təhlükəsizlik zəmanəti məsələsinə də toxunaraq deyib: “Hazırda Ukraynada yaranan vəziyyətin təkrarlanmaması üçün çoxsaylı müzakirələr aparırıq. Biz müharibə bitərsə, Rusiyanın yeni hücumlarından öncə yaranacaq fasilədən söhbət getmədiyinə əmin olmaq istəyirik. Kiyev qarşısında bizim öhdəliyimiz uzunvədəli xarakter daşımalıdır”.

Yens Stoltenberq eyni zamanda alyansın sabiq baş katibi Anders Foq Rasmussenin NATO qüvvələrinin Ukraynaya yeridilməsinin mümkünlüyü barədə bəyanatını fərdi analiz adlandırıb.

“Bu məsələ NATO-nun gündəliyində deyil. Əksinə, təşkilat müharibədə iştirak etməyəcəyi barədə mövqeyini aşkar ifadə edib. Biz özünümüdafiə hüququnu icra etməsi üçün Kiyevi silah və sursat tədarükü ilə dəstəkləyirik”, - deyə baş katib əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: