CAR Prezidentinin mühafizəçiləri olan təyyarə Varşavada saxlanılıb

A- A A+

Ukraynaya gedən Cənubi Afrika Respublikasının dövlət və hökumət nümayəndələrinin olduğu təyyarə Şopen adına Varşava hava limanında saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Təyyarədə 100-ə yaxın adam olub. Onların hamısı Prezident Kiril Ramafosanı Ukrayna və Rusiyaya səfəri zamanı müşayiət etməli idi.Agentliyin məlumatına görə, təyyarə odlu silah gəzdirmək icazəsi ilə bağlı problemlərə görə 24 saat gecikib. Polşa sərhədçiləri afrikalı təhlükəsizlik əməkdaşlarında daşımağa icazəsi olmayan silahlar olduğunu bildiriblər.

Cənubi Afrika Prezidentinin administrasiyası baş verənləri təəssüflə qarşılayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: