Mali hakimiyyəti BMT sülhməramlılarının ölkədən çıxarılmasını istəyir

A- A A+

Cümə günü Mali hökuməti BMT Təhlükəsizlik Şurasından təşkilatın ölkədəki sülhməramlı qüvvələrinin dərhal çıxarılmasını istəyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Malinin xarici işlər naziri Abdoulaye Diop bildirib. O, sülhməramlıların ölkənin təhlükəsizliyini təmin edə bilmədiyini deyib.

BMT Təhlükəsizlik Şurası sülhməramlıların mandatı ilə bağlı qərarını iyunun 29-da verməlidir.

Malidəki sülməramlı qüvvələr 2013-cü ilin yazında BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə yaradılıb. Missiyanın vəzifəsi Mali hakimiyyətinə respublika ərazisində təhlükəsizliyin gücləndirilməsində kömək etməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: