Türkiyənin müdafiə naziri NATO ölkələrini tənqid edib: "Bizə məhdudiyyət qoyulur"

A- A A+

“Müttəfiqlərimiz bizə ixrac məhdudiyyəti tətbiq edirlər".

NUHÇIXAN “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O bildirib ki, bu, qəbuledilməzdir: "Bu, NATO-nun təhlükəsizliyinə təsir göstərir".

Nazir Türkiyənin Alyansın genişlənmək siyasətini müsbət qarşıladığını vurğulayıb: "Öhdəliklərini yerinə yetirərsə, İsveç də Finlandiya kimi NATO-nun üzvü ola bilər.

Y. Gülər həmçinin Türkiyənin terrorla mübarizəsinin sonadək davam edəcəyini vurğulayıb: "Bu istiqamətdə bütün müttəfiqlərimizdən dəstək gözləyirik".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: