ABŞ Ukraynaya 205 milyon dollar dəyərində humanitar yardım ayırıb

A- A A+

Birləşmiş Ştatlar Ukraynaya əlavə 205 milyon dollar dəyərində humanitar yardım ayırmağa qərar verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı açıqlamasında qeyd olunub.

Bildirilib ki, bu növ yardım regiondakı beynəlxalq və qeyri-hökumət tərəfdaşları vasitəsilə bölüşdürülür.

Blinken əlavə edib ki, yeni tranş hesabına 2023-cü maliyyə ilində Amerikanın Kiyevə humanitar yardımının ümumi məbləği 605 milyon dollara çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: