“Belarus Prezidenti Aleksandr Lukaşenkonun nüvə silahının tətbiq olunacağı ilə bağlı bəyanatları sadəcə lətifədir”.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.
O qeyd edib ki, A.Lukaşenko lovğalanır və dünyanı qorxutmağa çalışır.
M.Podolyakın sözlərinə görə, Belarus dövlət başçısı nəinki qlobal siyasətin, hətta Ukraynadakı müharibənin belə subyekti deyil.
Xatırladaq ki, daha əvvəl A.Lukaşenko bildirmişdi ki, Rusiyanın nüvə silahları artıq Belarusda yerləşdirilib və lazım gələrsə, onlardan istifadə oluna bilər.