Belçika 11 milyon avroluq “M-113” zirehli transportyorlarını Ukraynaya təhvil vermək qərarına gəlib

A- A A+

Belçika növbəti yardım paketi çərçivəsində krallığın ordusunda istismardan çıxarılan ABŞ istehsalı “M-113” zirehli personal daşıyıcılarının partiyasını təmir edərək Ukraynaya təhvil verəcəyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə cümə günü “Belqa” informasiya agentliyi məlumat yayıb.

Transportyorların sayı və təhvil verilmə vaxtı açıqlanmasa da, bildirilib ki, partiyanın dəyəri 11 milyon avrodur.

Belçikanın müdafiə naziri Ludivine Dedonder Brüsseldə Kiyevə hərbi yardım üzrə təmas qrupunun görüşündə bu məsələ ilə bağlı razılığa gəlib.

Bundan əvvəl Belçika Müdafiə Nazirliyi Ukraynaya 274,6 milyon avro məbləğində hərbi yardım verdiyini bildirmişdi. Bunlar atıcı silahlar, tank əleyhinə qumbaraatanlar, döyüş sursatları, tibbi ləvazimatlar və digər texnikalardır. Aİ proqramı çərçivəsində Belçika 700 ukraynalı hərbçi üçün təlim də keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: