G7 ölkələrinin XİN rəhbərləri Entoni Blinkenin Çin səfərinin yekunlarını müzakirə edəcək

A- A A+

“Böyük yeddilər” (G7) qrupu ölkələrinin xarici işlər nazirləri ABŞ dövlət katibi Entoni Blinkenin iyunun 18-19-na planlaşdırılan Çin səfərindən sonra görüşəcəklər.

NUHÇIXAN xəbər verir verir ki, bu barədə NHK kanalı Yaponiya hökumətindəki mənbəyə istinadla məlumat yayıb. İyunun 21-22-də Londonda Ukraynaya dəstəyə dair beynəlxalq konfrans çərçivəsində keçiriləcək görüşdə Çinə dair məsələlər də müzakirə olunacaq.

Qeyd edək ki, ötən ay Yaponiyanın Hiroşima şəhərində keçirilmiş G7 ölkələrinin liderlərinin zirvə toplantısında Çinə dair mövzular da müzakirə olunub. Toplantının yekun kommunikesində liderlərin Çinin regionda hərbi fəaliyyətinə qarşı olduqları, Pekinin Cənubi və Şərqi Çin dənizində artan iddialarının hüquqi əsasının olmadığı barədə fikirlər var. Liderlər habelə azad və açıq Hind-Sakit okean yanaşmasını dəstəklədiklərini, regionda status-kvonu güc yolu ilə dəyişməyə yönələn birtərəfli səyləri rədd etdiklərini bəyan ediblər. G7 liderləri qlobal inkişafın təminatı üçün Çin ilə konstruktiv və sabit münasibətlər qurmağa hazır olduqlarını bəyan ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: