Sudanda üçgünlük atəşkəs qüvvəyə minib

A- A A+

Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) arasında atəşkəs iyunun 18-dən qüvvəyə minib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı müharibə edən tərəflər arasında vasitəçi qismində çıxış edən Səudiyyə Ərəbistanı və ABŞ-ın birgə bəyanatından çıxarışlara istinadən məlumat yayıb.

Atəşkəs Sudanın paytaxtı Xartumda səhər saat 06:00-da (Bakı vaxtı ilə saat 08:00) qüvvəyə minib.

Sənədə əsasən, silahlı münaqişə tərəfləri bazar günündən başlayaraq 72 saatlıq atəşkəs haqqında razılığa gəliblər. Tərəflər “ölkənin bütün bölgələrində ehtiyacı olanlara yardımın çatdırılmasına imkan verəcək humanitar atəşkəsə riayət etməyi razılaşdırıblar”.

Atəşkəs müddətində ordu və xüsusi təyinatlılar “aviasiyadan, o cümlədən pilotsuz təyyarələrdən istifadə etməmək və artilleriya atəşini dayandırmaq” barədə razılığa gəliblər. Tərəflər həmçinin “qüvvələrinin yenidən yerləşdirilməsindən və qarşılıqlı hücumlardan” çəkinməyə söz veriblər.

Səudiyyə və amerikalı vasitəçilər xəbərdarlıq ediblər ki, elan edilmiş atəşkəs pozulsa, “Sudan ordusu və xüsusi təyinatlı qüvvələrinin nümayəndələri ilə Səudiyyənin Ciddə şəhərində keçiriləcək növbəti məsləhətləşmələr təxirə salınacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: