Astanada silahlı şəxs banka hücum edib, 7 nəfəri girov götürüb

A- A A+

Qazaxıstanın paytaxtı Astana şəhərində bank filialına silahla hücum edən şəxs yeddi nəfəri girov saxlayır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırda “Kaspi Bank"da insanları girov götürən şəxslə danışıqlar aparılır.

“Silahlı şəxsin girovu, ehtimal ki, yeddi nəfərdir. Onun polis zirehi geyindiyi barədə məlumat həqiqətə uyğun deyil”,- məlumatda vurğulanıb.

Nazirlikdən verilən məlumata görə, “Arlan” xüsusi təyinatlı dəstəsinin əməkdaşları hadisə yerində işləyirlər, hərbçilər xüsusi əməliyyata cəlb olunmayıblar.

Bankın yaydığı məlumatda bildirilib ki, Dostık küçəsində yerləşən şöbədə yalnız bank əməkdaşları olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: