Kaxovka SES-in partladılması nəticəsində ölənlərin sayı artıb

A- A A+

Ukraynanın Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması nəticəsində 16 nəfərin öldüyü, 31 nəfərin itkin düşdüyü bildirilir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"16 nəfər: 14 nəfər Xerson vilayətində, 2 nəfər Nikolaev vilayətində ölüb. 31 nəfər itkin düşmüş hesab olunur", - nazirlikdən bildirilib.

İyunun 17-nə olan məlumata görə, 1 300 ev su altında qalıb. Bunlardan 1 274-ü Xerson ərazisində, 26-sı Nikolayev vilayətlərindədir.

Bu ərazilərdən ümumilikdə 3 614 nəfər təxliyə edilib ki, onlardan 474 nəfəri uşaqdır.

Rusiya hərbçiləri Kaxovka SES-i iyunun 6-na keçən gecə partladıblar. Nəticədə yaşayış məntəqələrini su basıb, təbiətə xeyli ziyan dəyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: