Hindistanda istidən 98 nəfər ölüb

A- A A+

Hindistanın şimalında yerləşən Uttar-Pradeş və Bihar ştatlarında son 3 gündə şiddətli istilər səbəbindən ölənlərin sayı 98-ə çatıb.

NUHÇIXAN Hindistan mediasına istinadla xəbər verir ki, ölüm hallarının 54-ü Uttar-Pradeş, 44-ü isə Bihar ştatında qeydə alınıb. Sözügedən ştatlarda havanın temperaturu 40 dərəcə Selsini ötüb. Həkimlər həssas yaş qrupundan olan insanlara gündüz vaxtı açıq havaya çıxmamağı tövsiyə edib. Hindistan meteorologiya xidməti anomal istilərin qarşıdakı bir neçə gündə də davam edəcəyini proqnozlaşdırıb.

İsti hava bəzi yaşayış məntəqələrində elektrik təminatında problemlərə səbəb olub. Hakimiyyət orqanları sakinləri enerjini qənaətlə işlətməyə çağırıb.

Qeyd edək ki, aprel ayından etibarən Hindistanın əksər hissəsində güclü istilər başlayır. Region mayda temperaturun enməsinə səbəb olan musson yağışlarının təsirinə məruz qalır. Lakin meteoroloqlar Hindistanda hərarətin hər il daha da artdığını müşahidə edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: