İrəvanda Hindistan vətəndaşı öldürülüb

A- A A+

Ermənistanın paytaxtı İrəvan şəhərində dava zamanı Hindistan vətəndaşı öldürülüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Tibbi ekspertizanın ilkin rəyinə görə, ölən şəxsin kürəyində bıçaq xəsarəti var.

Qeyd olunub ki, daha bir nəfər Hindistan vətəndaşı bıçaq xəsarətləri, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti və kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.

İrəvan polisi bir neçə Hindistan vətəndaşını saxlayıb, onların paltarı cırılıb və üzərində qan izləri olub. Davada iştirak edənlərin və qətli törədənin kimliyi müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: