Finlandiya F-35-in ön gövdələrinin istehsalına başlayacaq

A- A A+

Finlandiyanın müdafiə avadanlığı şirkəti "Patria" və Amerika təyyarə "istehsalçısı Lockheed Martin" bazar ertəsi Finlandiya tərəfindən 64 F-35 qırıcısının alınması layihəsi çərçivəsində birbaşa sənaye əməkdaşlığına dair ilk çərçivə sazişini imzalayıb.

NUHÇIXAN xəbər verir ki, razılaşma Finlandiyada F-35 qırıcılarının ön gövdəsinin yığılmasına aiddir. Ümumilikdə, 400 belə hissənin yığılması nəzərdə tutulur. Qurğular "Patria"nın "Jamsa Hall" zavodunda yığılacaq.

"Gələcəkdə yalnız ABŞ və Finlandiya belə istehsal imkanlarına malik olacaq. Biz artıq qlobal zəncirdə iştirak edirik. Ümid edirik ki, gələcəkdə biz də istehsal və tədarük həcmini artıra biləcəyik", - deyə "Patria"nın F-35 layihəsinin direktoru Petri Hepola bildirib.

Qeyd edilib ki, "Patria" hazırda F-35 üçün hissələrin istehsalı və mühərriklərin yığılması ilə bağlı məsələlərlə əlaqədar danışıqlar aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: