Britaniya parlamenti Boris Consonu yalanda ittiham edən komissiyanın gəldiyi nəticəni dəstəkləyib

A- A A+

İcmalar Palatası Böyük Britaniya parlamentinin Boris Consonu yalanda ittiham edən intizam komitəsinin gəldiyi nəticəni səs çoxluğu ilə dəstəkləyib.

NUHÇIXAN xəbər verir ki, parlament üzvlərinin fikrincə, sabiq baş nazir pandemiya dövründə “Downing Street, 10” ünvanında keçirilən tədbirlə bağlı deputatları aldadıb. Qərar 354 deputat tərəfindən dəstəklənib, əleyhinə isə cəmi yeddi deputat səs verib. Ciddi siyasi pozuntuya görə intizam cəzası olaraq Boris Conson sabiq deputat kimi parlament binasına icazəsiz daxil olmaq hüququndan məhrum edilib.

Çoxları səsverməni simvolik hesab etsə də, digərləri onu parlamentə etimadı bərpa etmək istiqamətində mühüm addım kimi qiymətləndirib.

Xatırladaq ki, Boris Conson hələ komissiyanın çıxardığı nəticələr dərc edilənə qədər parlament üzvlüyündən istefa vermişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: