Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyan və onun partiya yoldaşlarına qarşı yeni cinayət işi açılıb.
NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsindən bildirilib.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.
Qeyd olunub ki, A.Aşotyan üçüncü şəxslərin məktəb binasının özəlləşdirilməsinə yardım edib.
Xatırladaq ki, Aşotyan 16 iyunda 2 ay müddətinə həbs edilib.