Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının müavinləri Astanada görüşüb

A- A A+

Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinləri Qazaxıstanın paytaxtı Astanada Dəməşq və Ankara arasında münasibətlərin bərpası üçün “yol xəritəsi”nin elementlərini müzakirə ediblər.

Bu barədə NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir.

“Dörd ölkənin XİN rəhbərlərinin mayın 10-da Moskvada keçirilən görüşündə əldə olunmuş razılaşmalara uyğun olaraq, iştirakçılar müdafiə nazirlikləri və xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən işlərlə koordinasiya ilə Suriya-Türkiyə dövlətlərarası münasibətlərinin bərpası üçün “yol xəritəsi”nin elementlərini müzakirə etməyə başlayıblar”, - iyunun 20-də Astanada keçirilən görüşün yekunları üzrə yayılmış məlumatda deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: